Təcili Tibbi Yardım Xidmətində yeni işlə təmin olunan əməkdaşlar üçün xüsusi təlim proqramı təşkil edilib



Təcili Tibbi Yardım Xidmətində yeni işlə təmin olunan əməkdaşlar üçün xüsusi təlim proqramı təşkil edilib. Təlimin məqsədi əməkdaşların peşəkar bilik və bacarıqlarını artırmaq, onlara müasir texnologiyalardan istifadə etməyi öyrətmək və xidmət keyfiyyətini yüksəltmək olub.
Proqram çərçivəsində əməkdaşlara çağırışların planşet üzərindən qəbul edilməsi və çağırışlara operativ şəkildə cavab verilməsi qaydaları tədris edilib. Həmçinin, ambulansların daxili tibbi təchizatına dair praktiki məlumatlar təqdim olunub, avadanlıqların düzgün istifadəsi və saxlanması qaydaları izah edilib.
Bu təlim, Təcili Tibbi Yardım Xidmətinin daha effektiv fəaliyyət göstərməsinə, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına və tibbi yardıma ehtiyacı olan şəxslərə vaxtında və yüksək səviyyədə dəstək təmin edilməsinə şərait yaradacaq.

Oxunub: 76
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az