Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nüsrət Telman oğlu Mehdiyev 1999-cu il yanvarın 3-də Sabirabad rayonunun Bala Həşimxanlı kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nüsrət Telman oğlu Mehdiyev 1999-cu il yanvarın 3-də Sabirabad rayonunun Bala Həşimxanlı kəndində anadan olub. O, 2020-ci il sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərə qatılıb və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.Nüsrət Mehdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Oxunub: 100