Taekvondo üzrə gənclərdən ibarət milli komanda üzvlərinin iştirakı ilə paytaxtda ilin ilk təlim-məşq toplanışına start verilib.
Gənclərdən ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.
Taekvondo üzrə böyüklərdən ibarət milli komanda üzvlərinin iştirakı ilə paytaxtda yeni ilin ilk təlim-məşq toplanışına start verilib.
Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. 12 günlük fiziki hazırlıq prosesinin yekununda milli komandanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.
ATF.
![](/uploads/posts/2025-01/474006345_18301056802228292_1541572085429639121_n.jpg)
![](/uploads/posts/2025-01/473062389_18301056718228292_7085214014485439133_n.jpg)
![](/uploads/posts/2025-01/473594562_18300702103228292_5754412251910321488_n.jpg)
![](/uploads/posts/2025-01/473672846_18300702025228292_5102297762261586529_n.jpg)
Oxunub: 74
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az