Mənə dedilər ki, Nüsrət səndən əvvəl Sevda adında bir qızı istəyib.




Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin müsahibəsindən:
"Mənə dedilər ki, Nüsrət səndən əvvəl Sevda adında bir qızı istəyib. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap, ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün.
Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu, nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da, özü hər şeyi etiraf etmişdi..."
Klassik Ədəbiyyat İnciləri

Oxunub: 85
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az