İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “21 Fevral-Beynəlxalq Ana Dili Günü” münasibətilə “Ana dili və milli mənəvi dəyərlər” mövzusunda esse müsabiqəsi keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və idarə əməkdaşları, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov və əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirin məqsədi Ana dilinin cəmiyyətin mənəvi-mədəni inkişafında, milli kimliyin formalaşmasında və qorunmasında oynadığı mühüm rolu gənclər arasında təbliğ etmək, gənclərin ana dilinə sevgi və hörmət hissini gücləndirmək, milli-mənəvi dəyərlərə bağlılıq ruhunu aşılamaq, eyni zamanda gənclərin yaradıcı təfəkkürünü, yazı bacarıqlarını və analitik düşünmə qabiliyyətini inkişaf etdirməkdir.
Müsabiqənin nəticələri müəyyən olunduqdan sonra qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.
Oxunub: 36
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az