Son günlər hava şəraitinin son dərəcə çətin və sərt keçdiyi bir dövrdə, yollarda təhlükəsizliyin təmin olunması istiqamətində fədakar xidmət göstərən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk.
Son günlər hava şəraitinin son dərəcə çətin və sərt keçdiyi bir dövrdə, yollarda təhlükəsizliyin təmin olunması istiqamətində fədakar xidmət göstərən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Xüsusilə Şamaxı Rayon Polis Şöbəsi və Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının fəaliyyətini xüsusi vurğulamaq istəyirik. Nəzərə alsaq ki, Ağsu aşırımı ərazisində hava və yol şəraiti daha kəskin və təhlükəli olub, həmin ərazilərdə xidmət aparan polis əməkdaşları yüksək peşəkarlıq, operativlik və vətəndaşlara həssas münasibət nümayiş etdiriblər. Bir informasiya platforması olaraq bizə daxil olan məlumatları nəzərə alaraq, Şamaxı və Ağsu rayon polis şöbələrinin əməkdaşlarına və rəhbərliyinə səmimi qəlbdən minnətdarlığımızı bildirir, onların çətin hava şəraitində göstərdikləri nümunəvi xidmətə görə təşəkkür edirik. Fədakar xidmətinizə görə var olun ! Alxas Məmmıdov.























