"Şəhərsalma və Memarlıq ili" çərçivəsində YAP Qobustan rayon təşkilatı tərəfindən Qobustan şəhəri "Beydulla Qəribov küçəsi" (Şəhər 3 saylı tam orta məktəbi) ərazi partiya təşkilatında yığıncaq keçirilmişdir.
Əvvəlcə Partiyamızın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Yığıncaqda partiya üzvlərindən Kənan Rəhimli, Sədaqət Məhərrəmova, Elxan Cəbisoy və Fəridə Cahangirova çıxış etmişlər.
Daha sonra təşkilati məsələyə baxılmış, Elxan Cəbisoy ərazi partiya təşkilatının sədri, Fəridə Cahangirova isə sədr müavini seçilmişlər. Onlar göstərilən etimada görə partiya üzvlərinə öz təşəkkür və minnətdarlığını bildirmiş, vəzifələrinin öhdəsindən layiqincə gələcəklərini vəd etmişlər.
Sonda YAP rayon təşkilatının sədri Qasım Qasımov ərazi partiya təşkilatının qarşısında duran vəzifələr barədə geniş yekun nitqi söyləmişdir.
Natiq Ulu Öndər Heydər Əliyev yolu ilə davamlı inkişaf edən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük lokal xarakterli antiterror əməliyyatında möhtəşəm qələbələr qazanan, öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olan, ölkəmizin bundan sonra da uğurlu inkişafına əminliyini bildirmişdir.
Oxunub: 155
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az