Suraxanı RİH başçısı Adil Əliyev gənclərlə görüşüb.



Suraxanı RİH başçısı Adil Əliyev gənclərlə görüşüb.
Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin "Milli Dövlətçilik və Konstitusiya: Məktəblilərlə Strateji Dialoq" adlı layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev rayonun Bülbülə qəsəbəsi üzrə ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.
Görüşdə RİHB-nin müavinləri, 79, 140, 208, 226, 232 və 327 saylı tam orta məktəblərin direktorları, müəllim heyəti və 10-11-ci sinif şagirdləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanan görüşdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyası ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoydu. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini daha da möhkəmləndirir, beynəlxalq arenada güclü mövqe tutur.
Adil Əliyev çıxışında hazırda dövlətimizin müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşadığını vurğulayıb. O, bildirib ki, müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi müasir tariximizin ən parlaq səhifəsi olmaqla Azərbaycan xalqının qürur mənbəyidir. 
Görüş zamanı sağlam ruhlu, intellektual, yüksək milli-mənəvi dəyərlərə malik gəncliyə sahib olmağın əhəmiyyətini diqqətə çatdıran Rayon İcra Hakimiyyətinin başçısı gənclərə həyatda özlərini təsdiq etməsi, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün öz faydalı tövsiyələrini verib. O, həmçinin, gənclərin müxtəlif məsələlərlə bağlı suallarını ətraflı cavablandırıb.
Sonda bütün şagirdlərə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Oxunub: 39
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az