O, müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olub.



Ölkənin ən böyük holdinglərindən biri olan və hər zaman korporativ sosial məsuliyyət yönümlü fəaliyyəti ilə ön planda olan #PAŞAHolding-in Dövlət Qurumları ilə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Departamentinin direktoru, hörmətli Nazim Səfərov, Şamaxı rayonunda yerləşən “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin təşəbbüsü, Dövlət Məşğulluq Agentliyi, Azəriqaz İB, KOBİA, Şamaxı Rayon İcra Hakimiyyəti və Bank Respublika ASC-nin dəstəyi ilə yaradılan “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində təsis edilən sosial tikiş müəssisəsinə səfər edib. O, müəssisənin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olub.
Eyni zamanda, Şamaxı rayonunda fəaliyyət göstərən sosial tikiş müəssisəsində dərzilik sənətinə yiyələnən və burada çalışmaq istəyən 18 nəfər tənha ana və aztəminatlı ailələrdən olan xanımlarla görüş keçirilib. Şamaxı rayonunun Göylər kəndində yaşayan bu xanımlara layihənin növbəti – ikinci sosial tikiş müəssisəsinin məhz Göylər kəndində açılacağı və bu təşəbbüsə dəstək veriləcəyi bildirilib.
Qeyd edək ki, bu kimi layihələrin dəstəklənməsi kənd yerlərində yaşayan tənha analar və aztəminatlı ailələrdən olan xanımların peşə bacarıqlarına yiyələnməsinə, məşğulluq imkanlarının genişlənməsinə və onların gələcəkdə ölkə iqtisadiyyatına töhfə verməsinə şərait yaradır. Bununla yanaşı, peşə vərdişlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin genişləndirilməsi, sosial problemlərinin həlli və müxtəlif mövzularda maarifləndirilmələri üçün mühüm platforma formalaşdırılır.
Görüş səmimi və məhsuldar keçib, sonda komanda üzvləri ilə birlikdə xatirə fotosu çəkilib.

Oxunub: 25
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az