Qobustan Rayon Mərkəzi Xəstəxanasının kollektivi Xocalı faciəsinin 33-cü il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.




Qobustan Rayon Mərkəzi Xəstəxanasının kollektivi Xocalı faciəsinin 33-cü  il dönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə Xocalı qurbanlarının  abidəsi qarşısına gül dəstələri qoyulub.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar.
Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1 275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi indiyədək məlum deyil.
Xocalının 5 379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Həmçinin  direktor Günay Muradova və inzibati məsələlər üzrə müavin Bəhmən Kərimov Xocalı soyqırımının canlı şahidlərindən olan Narxanım ana və ailə üzvləri ilə görüş keçirib.

Oxunub: 31
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az