Zabbalin peşəkar zibil yığanlar şəhəridir.
Zabbalin peşəkar zibil yığanlar şəhəridir. Tullantıların iyrənc qoxusu bu şəhərin sakinlərini uşaqlıqdan müşayiət edir. Qahirədən ixrac edilən şüşə, metal, plastik və kağız tullantılarının çeşidlənməsi sakinlər üçün yeganə dolanışıq mənbəyinə çevrilmişdir. Ancaq yerli əhalinin əksəriyyətini təşkil edən Kopt xristianları bundan şikayət etmirlər. “İş ayıb deyil. Evdə oturduğunuzda kimsə sizi yedirirsə, bax bu ayıbdır”, – Gerges Saad qeyd edir. Paytaxt zibilinin hər bir tonu Zabbalində 12 iş yeri yaradır. “Zabbalin, zibil yığanlar şəhəri”, on yaşlı uşaqların artıq işə çıxdığı, sakinlərinin orta ömür həddi 55 yaşdan çox olmadığı, zibillik şəhərindən bəhs edən filmdir. Zabbalinlər (Ərəbcə Zbạlin) – zibil toplamaq hesabına yaşayan sakinlərdir, Misirdə onlar xüsusi bir sosial qrupa ayrılırlar.Tullantıların toplanması, çeşidlənməsi və emalı ailə biznesi olaraq, bu işə cəlb olunanlar üçün, yerli standartlara görə nisbətən yaxşı gəlir gətirir. ərazilərindən zibil çıxarmaq üçün zibil toplayanlara müəyyən ödəniş verirlər. Dövlət bu fəaliyyəti heç bir şəkildə tənzimləmir, amma buna maneə də törətmir. Kvartalın tipik evi bir neçə mərtəbədən ibarətdir: birinci mərtəbədə zibilin çeşidlənməsi və qablaşdırılması üçün böyük otaqlar var, üst mərtəbələr yaşayış yerləridir. Əksər evlərin damlarında ixrac olunmağa hazır vəziyyətdə bağlamalar və paketlər saxlanılır. Bəzi evlərin üzərində təkrar emal olunmayan tullantıların yandırılması üçün metal səkilər quraşdırılıb. Qida tullantıları donuz qidası kimi istifadə edilir, buna görə də müsəlmanlar bu cür işi “natəmiz” hesab edirlər. Bununla belə, bu cür arxaik sistem dünyanın ən effektiv sistemlərindən biri hesab olunur – zabbalinlilər toplanmış zibillərin 85% -ni istifadə edirlər. Kvartal əhalisinin böyük hissəsinin məşğul olduğu bu spesifik işin hər yana yayılmış davamlı və xoşagəlməz qoxusu var. Bəzi tullantıların açıq havada yandırılması Qahirənin havasına mənfi təsir göstərir, bu parametrlərə görə də şəhər dünyanın ən əlverişsiz şəhərlərindən biri hesab edilir. Ancaq bu vəziyyət, böyük meqapolis şəraitində məcburi bir kompromisdir, çünki müasir ölçülərə görə tullantıların əllə emal edilməsi primitiv də olsa, belə isti iqlimdə şəhəri təmiz saxlamağa imkan verir. azloqos. Əsasən zabbalinlilər – zibil toplamaqla dolanan Koptlardır. Zabbalinlilər arasında müsəlmanlar da var. Ancaq burada dini qarşıdurmalar baş vermir. Sakinlər deyirlər ki, “zibilxana dinlərarası sülhün təminatıdır. Axı, burada yalnız O insanları iş və qida ilə təmin edir.” “Zibil biznesinə” uşaqlar on və ya on iki yaşlarında daxil olurlar. Onları buna ehtiyac məcbur edir. Burada bir çox ailələr (təxminən 90%) yoxsul hesab olunur. Yeri gəlmişkən, bu iş haqlı olaraq, ailə biznesi hesab edilə bilər. Axı Misir əhalisinin əksəriyyəti üçün bu peşə nəsillərdən gələn bir məşğuliyyətdir. Tullantıların emal texnologiyaları burada eynidır: əllə toplamaq, təmizlək və çeşidləmək. Kişilər əsasən metal və plastiklə işləyir. İşin bir hissəsini Zabbalinli üçün maşınlar icra edir, amma olduqca cuzi bir hissəsini. Çeşidlənmiş tullantılar torbalara yığılaraq emal edilməsi üçün fabriklərə göndərilir. Qadınlar əsasən, donuzlara yemək kimi istifadə olunacaq, qida tullantılarının çeşidlənməsi ilə məşğul olurlar. Zabbalnlilərin əksəriyyəti üçün iş günü səhər saat 3:30-da başlayır. Hər bir zibil kollektoru üçün bir kvartal təyin olunur, onun üçün həmkarının işlədiyi ərazidə zibil toplamaq qadağandır. Bu qaydaya bütün kollektorlar şərtsiz olaraq əməl edirlər.