BİGA-da Növbəti Seminar Keçirilib.
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə "Ateizm: Yaranma səbəbləri və səbəb olduğu problemlər" mövzulu seminar keçirilib. Müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi seminarda ekspert qismində Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi f.f.d Elvüsal Məmmədov çıxış edib.
Elvüsal Məmmədov ateizim yaranma tarixi, keçdiyi mərhələləri və onun formaları haqqında məlumat verib. E. Məmmədov bildirib ki, ateizm qurulmuş və axarında işləyən sistemə qarşıdır, çünki ateizm dağıdıcı fünksiya daşıyır. Buna görə də ateizm gəncliyi təhdid edir, deyə natiq qeyd edib. Daha sonra gənclərin sualları qonaq tərəfindən cavablandırılıb.
Sonda Bakı İstedadlı Gənclər Akademiyası tərəfindən qonağa xatirə hədiyyəsi təqdim edilib.
Oxunub: 19