Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.



Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
26.02.2025-ci il tarixində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi tərəfindən Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Şamaxı İncəsənət Təhsili mərkəzində baş tutan tədbirdə şagirdlərin Xocalı haqqında çəkdikləri rəsmlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə və Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova Xocalı  faciəsində Azərbaycan xalqının başına gətirilən müsibətlər, 
Xocalı soyqırımının dünya  ictimaiyyətinə çatdırılması və soyqırıma hüquqi qiymət verilməsi istiqamətində görülmüş işlərdən söhbət açıblar.

Oxunub: 27
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az