Ailədə olan söhbətə görə, nədənsə, səni günahkar sayırdım, bağışla.




Alxas Məmmədov.
       Son.
- Sanki həyatım sönüb, hə buda son. İnanmazdım ki, ölüm məni haqlasın. Nəqədər, görülməmiş işlərim qalıb. 
Bəs, işim neçə olacaq ? Ayda, dünəndə kişiyə söz verdim ki, gəlib, səninlə görüşəcəm. Bəs hamam neçə, kalonkada axıdır. Səlimin oğlunun toyuna pul yazdırmalıyam. Yox e.. mən ölə bilmərəm. Bəs borclarım ? Mənədə bir-iki nəfərində verəcəyi var.
Belə bir fikirlə Adil yatağda, son dəqiqələrini sayırdı. Birdən otağın qapısı acıldı. Adil qorxudan, büzüşüb ölümün gəldiyini düşündü. Amma həyat yoldaşı Solmazı görüb, ağlamaqa başladı. Solmaz ona yaxınlaşdı. 
- Ay Solmaz, qoyma ölüm. Qorxuram, sənsiz qalmağa. Həmişə mənə dəstək olmusan. Sakitləşdirmisən məni. Qurban olum sənə. Nə yaxşı ki, varsan. Bağışla məni, qədrini bilmənişəm. Çox incitmişəm səni. Layiq olduğun kimi səninlə rəftar etməmişəm. Yaxın gəl, əllərindən öpüm. Bilirsən, yadıma nə düşdü ? Səninlə ilk görüşüm. Sən helə indidə, mənim üçün o, gözəl Solmazsan. Sən evdə olmayanda mən bu evə girmək istəmirdim. Ev mənə yadlaşırdı. Yenəd məni tək qoymadın. Sağol ki, gözəl üç övladımıza qulluq edirdin. Ailədə olan söhbətə görə, nədənsə, səni günahkar sayırdım, bağışla. Boynuma alıram, sən xəstələnəndı, mən o, dünyanı görüb, gəlirdim. Solmaz, qoyma ölüm, nolar.....
Adilin son sözləri bu idi. Bu sözləri Solmaz xanım eşidmirdi. Evin xanımı beş ildir ki, rəhmətə getdmişdir.
P.S- Xanımlarnızı sağlığında yada sağlığınızda qoruyun.

Oxunub: 111
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az