Dünya üzümə də belə baxmadı.......
Gedim
Dünya üzümə də belə baxmadıBir anlıq mən ona qoy baxım gedim.Yaşa dolmağımdan bir şey çıxmadıAnamın bətninə mən axım gedim.İçi bom-boş olan zərli divaram,Sehirli çuvalda hələ ki varam.Sabah ehtiyacla nişanlanıramBarmağına üzük qoy taxım gedim.Günlərin yarasın qaşımağımçın,Evimə sür-sümük daşımağımçın,Hürmə, it günündə yaşamağımçınAy it, burax məni, qoy çıxım gedim... Mart, 2013 Heydər Ələddinoğlu
Oxunub: 451