Bu Təlimat Azərbaycan Respublikası ərazisində tanınan idman növləri üzrə bütün idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti üçün tövsiyə xaraketri daşıyır.





Diqqət.
Bu Təlimat Azərbaycan Respublikası ərazisində tanınan idman növləri üzrə bütün idman və sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti üçün tövsiyə xaraketri daşıyır. Bu sənəd 2021-ci il iyun ayının 10-dan qüvvəyə minir və qəbul olunacaq digər müvafiq qərara qədər etibarlıdır. 
Məqsəd 
Bu Təlimatın əsas məqsədi Azərbaycan Respulikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarının 2-ci bəndinin icrasını təmin etməkdir. 
Vacib 
1. Hər bir idman və sağlamlıq-bərpa mərkəzinə daxil olan vətəndaş mütləq Covid-19 pasportu və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. 18 yaşdan aşağı vətəndaşlar isə yalnız şəxsiyyətini təsdiq edən sənədlə qapalı idman mərkəzlərinə daxil ola bilərlər.
2. idman və sağlamlıq-bərpa mərkəzləri rəhbərlərinə tövsiyə edilir ki, xidmətlərdən istifadə edən vətəndaşlardan tələb edilən müvafiq sənədlərin sürətlərini toplayıb, hər hansı reyd və ya monitorinq zamanı təqdim etmək üçün mərkəzdə saxlamalıdırlar. 
3. Mərkəzə daxil olan vətəndaşların temperaturu ölçülsün və yüksək temperatur aşkar edilən şəxslərin mərkəzlərı girişi qadağan edilməlidir. 
4. Sıxlıq müşaiyəd edilən mərkəzlərə tövsiyə edilir ki, eyni vaxtda çox sayda vətəndaşa xidmət göstərilməməsi üçün növbəlilik əsasında qrafik tərtib etməli və xidmət həmin qrafikə uyğun təşkil edilməlidir.
5. Gün ərzində müxtəlif saatlarda vətəndaşların istifadə etdikləri idman və bərpa avadanlıqları vaxtaşırı dezinfeksiya edilməlidir.
6. İdman və sağlamlıq-bərpa mərkəzində çalışan və Covid-19 pasportu olmayan şəxslərin qısa müddətdə vaksin olunması təmin edilməlidir.
Qarşıda duran məqsədə nail olmağın əsas istiqamətləri 
1. Nazirlik, federasiyalar, klublar, idman obyektləri, nazirlik nümayəndələri, federasiya nümayəndələri, klub nümayəndələri, idmançılar, məşqçilər, hakimlər, hakim-inspektorlar, eləcə də məşq və yarış prosesində xidmət göstərən digər şəxslər üçün tövsiyələr.
1.01 İdmançılar, məşqçilər, federasiyaların, klubların, idman obyektlərinin işçiləri, hakimlər, habelə məşq və yarış prosesini həyata keçirən digər şəxslər risk və ya karantin zonalarından qayıdan və ya karantinə alınmış və ya müsbət test nəticəsi almış və ya özləri risk altında olduqları şəxslərlə əlaqədə olduqda müvafiq şəxsə (məsələn: federasiyanın, klubun, idman obyektinin və s. həkimi) məlumat verməlidirlər. 
1.02  İdmançılar, məşqçilər, federasiyaların, klubların, idman obyektlərinin işçiləri, hakimlər təlim-məşq toplanışına, yarışlara, işə gəlməzdən əvvəl həkimə (federasiyanın, klubun, idman obyektinin) sağlamlıq durumu və koronavirus əlamətlərinin (qızdırma, quru öskürək, yorğunluq) olması və ya olmaması barədə məlumat verməlidirlər. Simptomlar varsa, xəstələr dərhal özlərini təcrid etməli və gələcək addımları atmalı olacaq həkimə dərhal məlumat verməlidirlər.  
1.03  Bütün idman obyektlərinin, klubların işçiləri işə başlamazdan əvvəl hər gün tibbi nəzarətdən keçməlidirlər. İdman obyektlərinin, klubların, yığma komandaların həkimləri obyektiv müayinəyə, ilk növbədə hər məşqdən və hər yarışdan əvvəl bütün komanda işçilərinin, məşqçi heyətinin və idmançıların bədən hərarətinin ölçülməsinə xüsusi diqqət yetirməlidirlər. Gündəlik bədən hərarətinin ölçmələri qeyd edilməlidir. 
1.04  Şəxsi qoruyucu vasitələrin (maskalar və əlcəklər) məcburi geyilməsi yalnız yoluxmuş şəxslə təmasda olduqda və ya koronavirus əlamətləri göründükdə lazımdır. Həmçinin ictimai yerlərdə olarkən onları geyinmək tövsiyə olunur (Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri mütləq şəkildə). 
1.05  Əllər mümkün qədər tez-tez yuyulmalıdır. Əllərin dezinfeksiyası ictimai yerlərdə, nəqliyyat vasitələrində, dükanlarda və s. olduqdan sonra xüsusilə vacibdir. Əllərin yuyulması və dezinfeksiyası infeksiyaların qarşısını almaq üçün lazımdır. Ən azı 20 saniyə əllərinizi sabun və su ilə yuyun və yaxşıca yaxaladıqdan sonra birdəfəlik dəsmal ilə qurudun. Sabun və su olmadıqda, 60% -70% alkoqol əsasında əltəmizləyici vasitədən də istifadə oluna bilər. 
1.06  İctimai tualetlərdən istifadə edərkən əllərinizi yumadan əvvəl və sonra krana toxunmamalısınız. Kranı açmaq və bağlamaq üçün birdəfəlik dəsmal və ya kağız salfetlərdən istifadə olunmalıdır. 
1.07  Məşqlər və yarışlar zamanı eyni su şüşəsindən istifadə etmək olmaz. Həmişə yalnız fərdi bir su şüşəsindən (və ya idman qidasından) istifadə edin. Şəxsi əşyalarınızı (dəsmal, xalat və s.) digər oyunçularla dəyişdirməyin. 
1.08  Paltardəyişmə otağında yemək yeməkdən çəkinin. 
1.09  Şəxsi əşyalarınızı və geyimlərinızı çantada və ya fərdi şkafda saxlayın. Onları paltardəyişmə otaqlarında və ya ictimai zənbillərdə açıq qoymayın. 
1.10  İstifadə olunmuş kağız burun dəsmallarını, bintləri, plasterləri və ya digər istifadə edilmiş materialları dərhal bağlanan qablara qoyun. 
1.11  Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. 
1.12 Asqırarkən və ya öskürərkən burun və ağzınızı ovucunuzla deyil, birdəfəlik salfetlə və ya qatlanmiş dirsəyinizlə örtün. 
1.13  İdmançılar, məşqçilər, idman obyektləri və klub işçilərindən paltarlarını  gündəlik olaraq məcburi yumaq və ütüləmək tələb olunur. 
1.14  İdmançılar, məşqçilər, federasiya və klubların nümayəndələri, hakimlər, idman obyektlərinin nümayəndələri, habelə onların ailə üzvləri və eyni ev sakinləri bir yerə toplaşmaqdan, əl sıxmaqdan və hər hansı digər təmaslardan çəkinməlidirlər. Salamlaşma zamanı fiziki təmasdan (əl sıxmaqdan) çəkinmək lazımdır.  
1.15 İdmançılar, məşqçilər, federasiya və klub nümayəndələri, idman obyektlərinin nümayəndələri, hakimlər, hakim-inspektorlar, yarış proseslərində iştirak edən digər nümayəndələr hər zaman 1 metrlik ara məsafəsinin saxlanmasına ciddi riayət etməlidirlər. Bu bənd, həmçinin yarışları, məşqləri izləyən federasiya, klub, idman obyektlərinin rəhbərləri, habelə yarış və məşq təşkilatçılarına və mətbuat nümayəndələrinə şamil olunur (Skayboks və KİV nümayəndələri üçün ayrılmış tribuna daxil olmaqla). 
2. Klublara tövsiyələr 
2.01 Klublar idmançılarla daim təmasda olan komandanın tibbi heyətinin (həkimlər, fizioterapevtlər, masajçılar) potensial yoluxucu ola biləcək digər işlərdə eyni vaxtda işləməmələrini təmin etməlidirlər. 
2.02 Klub tibbi müayinə otağı təşkil etməli və gündəlik müayinəni təmin etmək üçün onu bütün lazımi tibbi ləvazimatlarla təmin etməli, ilk növbədə bütün komanda heyəti, məşqçi heyəti və idmançıların bədən hərarətini ölçməlidir. Gündəlik ölçmə məlumatları qeyd edilməli və onlara nəzarət edilməlidir. 
2.03 Klubun həkimləri hər yarışdan və məşqdən əvvəl heç bir xəstə insanın məşqdə və ya yarışda iştirak etməməsi və ya komandanın yaxınlığında olmaması barədə əmin olmalı və sənədlə təsdiq etməlidirlər. 
2.04 Klublar müvafiq dezinfeksiyaedici və yuyucu vasitələri olan avtomatik dispenserləri klubun soyunma otaqlarında, tualetlərdə, yarış və məşq məkanlarında quraşdırmalıdırlar. 
2.05 Klub gündəlik, müntəzəm olaraq idman alətlərinin, masaların, stulların, skamyaların, döşəmələrin, kranların, tutacaqların, duşların, tualetlərin, həmçinin nəqliyyat vasitələrinin dezinfeksiyaedici məhlullarla işlənməsini təşkil etməlidir. 
2.06 Yarış və ya məşqi təşkil edən klub, bütün paltardəyişmə otaqlarının, o cümlədən hakimlərin paltardəyişmə otaqlarının, yarış və məşq məkanlarındakı tibbi və dopinq otaqlarının dezinfeksiya edilməsini təmin etməlidir. Ərazinin işlənilməsi məşqdən 1 saat əvvəl  və yarışdan 3 saat əvvəl tamamlanmalıdır. 
2.07 Yarış və məşq məkanlarına gəldikdə, komandanın istifadə etdiyi nəqliyyat vasitəsində(lərində) sosial məsafəyə (1 metr) riayət olunmalıdır. 
2.08  Klub paltardəyişmə otağında idmançılardan başqa digər əməkdaşların olmasını bir neçə xüsusi səlahiyyətli şəxslə məhdudlaşdırdığına əmin olmalıdır. 
2.09 Məşqlərdən və yarışlardan əvvəl komandaların paltardəyişmə otaqlarında media nümayəndələrinin iştirak etməməsi tövsiyə olunur. 
2.10  Klubun tibb işçiləri səfərlərin təşkili işlərində fəal iştirak etməli və profilaktik məqsədlər üçün mümkün qoruyucu tədbirləri gözləməli və həm də bütün səfər boyu onların mövcudluğunu təmin etməli və xidmət (logistika) işlərini yoxlamalıdır. 
2.11 Komandalara ayrı otellərdə və ya ayrı-ayrı mərtəbələrdə qalmaları tövsiyə olunur. Bu, otelin digər qonaqları ilə təmas qurmamaq və ya bu təması minimuma endirmək üçün lazımdır. 
2.12 Məşq və yarışlar üçün (çox zəruri olan işçilər istisna olmaqla) mümkün qədər məşq və yarış sahəsinə girişi məhdudlaşdırmalıdırlar.

Oxunub: 327
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az