Jurnalist həmkarım Ramilə Qurbanlı "Səməndər Rzayev: Araq, serroz, sərxoş oynadığı son rol" adlı məqaləsində yazır: "Oxuduğu məktəbdə “aktyor” ləqəbi qazanan Səməndər Rzayev orta məktəbi bitirib İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunur. Bəxti gətirir, çünki Rza Təhmasibin kursuna düşür. Daha doğrusu, imtahanı özü götürən Rza Təhmasib kursuna yığdığı uşaqlar arasında Səməndərin adını qırmızı haşiyəyə alır. Azərbaycan mədəniyyətinə isə bu ad qırmızı haşiyədə yox, qırmızı hərflərlə yazılır – Səməndər Rzayev.
İlk vaxtlar Rza Təhmasib onu filmə çəkilməyə, teatrda işləməyə icazə vermirdi, hələ püxtələş deyirdi, “tez məşhurlaşıb məhv olarsan”-deyirdi. Ona görə də Səməndər Rzayev yalnız institutu bitirəndən sonra təyinatla Sumqayıt teatrında işləmək hüququ qazandı. Kinoda isə ilk dəfə “Uşaqlığın son gecəsi”ndə ani bir kadra çəkilmişdi, 1968-ci ildə. Ardınca “Tütək səsi” filmində, yenə epizodik rol.
Yalnız 1973-cü ildə artıq teatrdan, televiziyadan tamaşaçıların sevdiyi Səməndər Rzayev ilk dəfə “Nəsimi” filmində böyük rol oynadı-Şirvan şahı rolunu. Həmin filmdəki Nəsimi roluna görə “Ən yaxşı kişi aktyor” olan Rasim Balayevin uğuruna isə ən çox sevinən elə Səməndər Rzayev idi. Çünki Rasim Balayevi əlindən tutub bu sənətə gətirən, ona kömək edən Səməndər Rzayev olub..."
Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR Əməkdar artisti Səməndər Rzayevin anım günüdür. Rəhmətlə anırıq.
Oxunub: 162
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az