Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “İdmançılarımızı tanıyaq” layihəsi çərçivəsində Abşeron – Xızı Regional Gənclər və İdman idarəsi və Abşeron – Xızı Regional Təhsil idarəsinin birgə təşkilatçılığı ilə 06 dekabr 2023-cü il tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda boks üzrə Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Tərəqqi” medalçısı Fuad Aslanov və usta cüdoçular arasında 11 qat Dünya, 9 qat Avropa çempionu Fərhad Rəcəbli ilə ümumtəhsil məktəblərinin şagirdlərilə görüş keçirilib.
Görüşdə məktəblilər stadionda yeni istifadəyə verilmiş boks, cüdo təlim-məşq zalları və futbol meydançası ilə tanış olub.
Fuad Aslanov və Fərhad Rəcəbli şagirdlərə öz tövsiyyə və arzularını bildirib, onların suallarını cavablandırıb.
Oxunub: 253