Takevondoçularımız “Balkan Cup”da mübarizə aparacaq.

Takevondoçularımız “Balkan Cup”da mübarizə aparacaq.
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi Bosniya və Herseqovinaya yollanıb. Yığmamız paytaxt Sarayevoda keçiriləcək “Balkan Cup”da mübarizə aparacaq. 
Baş məşqçi Məmməd Abddullayev və böyük məşqçi Sənan Həşimov yarışda Adil Eyvazov (58 kq), Cavad Ağayev (74 kq), Qaşim Maqomedov (63 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqaninə (hər ikisi +87 kq) şans verəcək. 
“Balkan Cup” noyabrın 27-də təşkil olunacaq. 
Qeyd edək ki, səfərə bir gün öncə yollanan komandamız yarışın ertəsi gün Bakıya qayıdacaq.

ATF.

Oxunub: 198
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az