Qubada “İdman festivalı 2023” keçiriləcək!



Qubada “İdman festivalı 2023” keçiriləcək!
Noyabrın 16-20-də Qubada “İdman festivalı 2023” keçiriləcək. Quba Olimpiya İdman Kompleksində baş tutacaq festivala 23 idman növü üzrə 168 idmançı (13-15 yaş) və eləcə də 18 məşqçi qatılacaq. Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki festivala Türkiyə və Keniyadan da idmançılar qatılacaqlar.  
Noyabrın 16, 17 və 18-də idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçiriləcək. Eləcə də Quba şəhərinə ekskursiya təşkil ediləcək.
Noyabrın 18 və 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.
Qeyd edək ki, bu sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində təşkil edilmişdi.

Oxunub: 190
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az