“17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş məktəbli qızlar arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirildi.



14 noyabr 2023 -  cü il tarixdə İsmayıllı şəhər 4 saylı tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı rayon Təhsil sektorunun təşkilatçılığı ilə “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş məktəbli qızlar arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirildi.
 Tədbirdə DŞR Gənclər və İdman İdarəsinin əməkdaşları, İsmayıllı şəhər 4 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimləri və məktəblilər iştirak ediblər. 
 3x3 formatında keçirilən birincilikdə şəhidlərimizin və Ulu Öndər H.Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
DŞR Gənclər və İdman İdarəsinin rəis müavini çıxış edərək,qeyd edib ki, 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır.1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Yarışın keçirilməsində məqsəd yeniyetme və gənclərdə vətəndaşlıq, vətənpərvərlik hissini aşılamaq, məktəblilər arasında basketbol idman növünə marağın artırılması və təvşiqindən ibarət olmuşdur.  
 Yarışda I yeri İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin;  
             II yeri İsmayıllı şəhər  5 nömrəli tam orta məktəbin;
            III yeri isə H.Əliyev adına İsmayıllı rayon İvanovka kənd tam orta məktəb və N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin komandaları qazanıb. Qalib komandalar DŞR Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə mükafatlandırılıb.

Oxunub: 246
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az