Azərbaycan Taekvondo Federasiyasının komandası "Unutma, YAŞAT!" minifutbol turnirində gümüş medal qazanıb.

Azərbaycan Taekvondo Federasiyasının komandası "Unutma, YAŞAT!" minifutbol turnirində gümüş medal qazanıb
"8 noyabr - Zəfər günü"nə həsr olunmuş "Unutma, YAŞAT!" III minifutbol turniri başa çatıb. Gənclər və İdman Nazirliyi ilə AFFA-nın həvəskarlar arasında keçirdiyi yarışda Azərbaycan Taekvondo Federasiyasının (ATF) komandası ardıcıl ikinci il finala yüksəlib. 
Çempionluq görüşündə rəqibimiz ötən il olduğu kimi Azərbaycan Güləş Federasiyasının kollektivi olub. Gərgin keçən görüş ATF-in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Nəticədə komandamız yarışı gümüş medalla başa vurub. ATF-in üzvü Bəşir HÜseynzadə isə turnirin ən yaxşı qapıçısı seçilib.  
Qeyd edək ki, 1 il öncə də ATF "Unutma, YAŞAT!" minifutbol turnirini ikinci yerdə bitirib.

ATF.

Oxunub: 171
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az