Masallıda “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş gənclər arasında “Tir atıcılığı” üzrə rayon turniri keçirildi.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Masallı Gənclər Evi”SXM-də 8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş gənclər arasında “Tir atıcılığı” üzrə rayon turniri keçirildi.
Turnirdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Turnirin mükafatlandırılma mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin direktoru, Dini Qurumlar iş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbəsinin müdiri iştirak etmişdir.
Ümumilikdə 26 nəfərin iştirak etdiyi yarışın keçirilməsində məqsəd Zəfər günündə Şəhidlərimizin əziz xatirəsini yad etmək, 44 günlük Zəfər tariximiz haqqında gəncləri maarifləndirmək və rayonun perspektivli idmançıların aşkar olunmasıdır.
Yarışda I, II, III yeri tutan idmançılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olundu.
Oxunub: 170