Taekvondo Federasiyasının komandası minifutbol turnirində ardıcıl ikinci dəfə finala yüksəlib.
ATF.
Taekvondo Federasiyasının komandası minifutbol turnirində ardıcıl ikinci dəfə finala yüksəlib."8 noyabr - Zəfər günü"nə həsr olunmuş "Unutma, YAŞAT!" III minifutbol turnirində yarımfinal görüşləri keçirib. Gənclər və İdman Nazirliyi ilə AFFA-nın həvəskarlar arasında keçirdiyi yarışda Azərbaycan Taekvondo Federasiyasının (ATF) komandası finala yüksəlib. ATF yarımfinalda Bakı Şəhər Gənclər və İdman İdarəsini məğlub edib. Komandamız 7:2 hesabı ilə qələbə qazanıb. Bununla da ATF ardıcıl ikinci dəfə turnurin finalına vəsiqə əldə edib. Rəqib isə ötən il olduğu kimi Azərbaycan Güləş Federasiyasının kollektivi olacaq. Matç noyabrın 8-də Zəfər Günündə olacaq.
Oxunub: 182