Bu gün ölkəmizdə reqbi üzrə ən aktiv bölgə Şamaxıdır.

Azərbaycan Reqbi Federasiyasının rəsmi Fecebook profilindən;
- Oktyabrın 28-i klubumuzun yeniyetmələrdən ibarət komandası Gürcüstanın Lentexi vilayətində Gürcüstan Reqbi Birliyi tərəfindən təşkil olunacaq beynəlxalq reqbi festivalında iştirak edəcək. Bu reqbiçilərimizin qonşu ölkəyə 4-cü səfəri olacaq. Komanda 27 oktyabrda səhər saatlarında təyyarə ilə Tbilisiyə, daha sonra Lentexiyə yollanacaq. Bakıya dönüş isə ayın 29-na planlaşdırılır. Festivalın keçirilməsinin məqsədi Gürcüstanda bölgələrdə reqbinin inkişafı və yerli oyunçuların beynəlxalq yarışlarda oyun təcrübəsinin qazanılmasıdır. Yarışın sonunda bütün komandaların birlikdə meşə şəraitində xüsusi quraşdırılmış ekranlarda reqbi üzrə dünya kubokunun final görüşünü seyr etmək imkanı olacaq. Qeyd edək, ki final qarşılaşması Yeni Zelandiya və Cənubi Afrika yığma komandaları arasında keçiriləcək.
P.S.: Bu gün ölkəmizdə reqbi üzrə ən aktiv bölgə Şamaxıdır. Orada "Şamaxı Olimpiya Mərkəzi"nin reqbi komandasından əlavə THT liseyi və Sabir qəsəbəsinin Alxan Alxanov adına orta məktəbin komandaları da fəaliyyət göstərir. Bölgədə reqbinin populyarlaşmasına və inkişafına dəstək olmaq üçün Sabir qəsəbəsinin məktəb komandasının və eyni zamanda "Şamaxı OM"nin reqbi komandasının oyunçusu Fəqan Həmidov da "Qarabağ"ın heyətində Gürcüstandakı yarışa yollanacaq. Komandamıza uğurlar arzu edirik!


Oxunub: 174
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az