Azərbaycan Basketbol Liqasında 2023/2024-cü illər mövsümünün açılış mərasimi keçirilib.



Azərbaycan Basketbol Liqasında 2023/2024-cü illər mövsümünün açılış mərasimi keçirilib. Tədbirdə əvvəlcə ötən mövsümün hesabatı təqdim olunub. Ardınca gənclər və idman naziri  Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, "Sərhədçi" klubunun prezidenti Firdovsi Umudov çıxış edərək yeni mövsümdə bütün klublarımıza uğurlar arzulayıblar.
Rəsmi çıxışlardan sonra Azərbaycan basketbolu ilə bağlı videoçarx nümayiş etdirilib. Sonda isə basketbol hakimlərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrın 22-də keçiriləcək “Sərhədçi” – “Cəlilabad” oyunu ilə start veriləcək. Ötən ildən fərqli, bu mövsüm liqada 10 komanda - "Sabah", NTD-INDIGO (Xaçmaz), "Gəncə", "Xırdalan", "Sərhədçi", "Neftçi", "Cəlilabad", "Şəki", "Xəzri" və "Sumqayıt" çempionluq uğrunda mübarizə aparacaq.

Oxunub: 137
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az