Gənclər arasında cüdo üzrə dünya çempionatında tarixi qələbə!

Gənclər arasında cüdo üzrə dünya çempionatında tarixi qələbə!
Oktyabrın 5-i Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Vüsal Qələndərzadə yarışın qızıl medalına sahib olub. 
Final qarşılaşmasında Vüsal müstəsna bacarıq və əzmkarlıq nümayiş etdirərək, əlavə vaxtda "seoi-otoshi" fəndi ilə Amerika Birləşmiş Ştatları təmsilçisi Cek Yonezuka üzərində parlaq qələbə qazanaraq dünya çempionu titulunu əldə edib. 
Bu qələbə ölkəmiz üçün son 5 ildə gənclər arasında keçirilən dünya çempionatında qazanılan ilk qızıl medal olaraq tarixə düşüb. Sonuncu dəfə bu nailiyyəti 2018-ci ildə Rövşən Əliyev dünya çempionatında əldə edib.
Dünya çempionatındakı parlaq qələbə münasibətilə bütün cüdo ailəsini təbrik edirik!


Oxunub: 132
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az