Qaliblər Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun fəxri fərmanları ilə təltif olundular.



Xocalı sektorunda tir atıclığı üzrə şəxsi birincilik keçirilmişdir.
28.09.2023-cü ildə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş idarə-müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında pnevmatik silahdan atıcılıq üzrə şəxsi birincilik keçirildi. Yarışın keçirilsində əsas məqsəd "44 Günlük Vətən Müharibəsi" şəhidlərinin əziz xatirəsinin yad edilməsi, müəssisələrdə çalışan əməkdaşlar arasında dostluq əlaqələrin gücləndirilməsi, vətənpərvərlik hisslərinin təbliği, həmçinin atıcılıq idman növünün inkişaf etdirilməsindən ibarət olmuşdur. Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən natiqlər Vətən müharibəsində hərbiçilərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açdılar. Birincilikdə 8 idarə, müəssisə və təşkilatlardan 26 iştirakçı mübarizə apardı. Yarışın yekun protokoluna əsasən 1-ci yerin qalibi  Mahmudov İsrəfil Ədil oğlu. (Xocalı Arxiv İdarəsi).2- ci yerə Əlili Xeybər Neymət oğlu.  (Xocalı rayon Polis şöbəsi).3- cü yerə Qurbanov Vüsal Qurban oğlu layiq görüldülər.( Xocalı rayon xəstəxanası). 
Qaliblər Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun fəxri fərmanları ilə təltif olundular.

Oxunub: 157
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az