Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.





Sentyabrın 22-dən 24-dək Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.
Ənənəvi olaraq 6-cı ildir keçirilən yarışlar "Optimist", "ILCA" və "Windsurf" sinifləri üzrə “Ramada by Wyndham Baku” sahilində yerləşən "SFA" yelkən mərkəzində baş tutub.
Yekun nəticələrə görə "Optimist" sinifləri üzrə Furkan Mustafayev birinci yerə, Kamal Bəşirli ikinci yerə, Davud Qurbanzadə isə üçüncü yerə layiq görülüblər.
"ILCA" 4 sinifləri üzrə Fidan Ağazadə, Kristina Kərimova, Bahadır Məmmədli ilk üçlükdə qərarlaşıblar.
"ILCA" 6 sinifləri üzrə Murad Hacı-zadə birinci olub. Əhməd Muhəmməd yarışı ikinci, Elvin Abbasov isə üçüncü pillədə başa vurublar.
"ILCA" 7 sinifləri üzrə İsmayıl Kərimov birinci, Mixail Protasov ikinci, Anton Vilyayev üçüncü pillədə qərarlaşıblar.
"Windsurf" sinifləri üzrə Elnur İskəndərov, Cəbi Ağayev, Ruslan Abbasov fərqləniblər.

Oxunub: 125
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az