Dadaş Dadaşbəyli (109 kq) birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə bürünc medala sahib olub.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında lisenziya xarakterli dünya çempionatında atletimiz Dadaş Dadaşbəyli (109 kq) birdən qaldırma hərəkətində 180 kq-ı ram edib və bu hərəkətdə bürünc medala sahib olub. Təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də dünya çempionatının bürünc medalını qazanıb. Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında 3-cü yeri tutaraq fəxri kürsüyə qalxıb.
Təbrik edirik!


Oxunub: 166
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az