Bu yarışda ilk dəfə olaraq Şamaxı Olimpiya Mərkəzinin 2 idmaçısı da iştirak edirdi.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və "Kür" Olimpiya Tədris İdman Mərkəzinin təşkilatçılığı ilə 27.08.2023-cü il tarixində Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş oğlan və qızlar arasında üzgüçülük idman növü üzrə açıq Mingəçevir birinçiliyi keçirilmişdir. Yarışda 12 komandadan 100-ə yaxın idmançı iştirak edib. Bu yarışda ilk dəfə olaraq Şamaxı Olimpiya Mərkəzinin 2 idmaçısı da iştirak edirdi. Bunlar Ayatxan Ömərov və Bəxtiyar Allahverdiyev idi. Hər iki idmançı 50 m məsafəni azad üsulla üzürdülər. Nəticədə Ömərov Ayatxan 50 metrəni 45.17 saniyyəyə üzərək üçünçü yerə layiq görülmüşdür. Ümumi vaxt nəticəsinə görə Ayatxan 18 idmançı arasında 10-cu olmuşdur.
Oxunub: 232