Hüseyn Arif - SƏN DƏRSƏ GƏLMƏYƏNDƏ…
Hüseyn ArifSƏN DƏRSƏ GƏLMƏYƏNDƏ…Düşür yadıma hərdənMəktəb həyətində mənYoluna göz dikərdim,Qəlbim sızlardı birdənSən dərsə gəlməyəndə…Durub-durub anardım,Gizli-gizli yanardım.Neçə dostun içindəÖzümü tək sanardım.Sən dərsə gəlməyəndə…Zəng səsi ucalardı,Uşaqlar söz alardı.Gözlərim boş masanda.Fikrim səndə qalardıSən dərsə gəlməyəndə…Dözməyib buna bəzənDüşüb gah da həvəsdənNə danım həqiqəti,Qaçardım mən də dərsdənSən dərsə gəlməyəndə…
Oxunub: 237