Bəxtiyar Vahabzadə - İNSAN KİMİ SAXLA MƏNİ…
Bəxtiyar VahabzadəİNSAN KİMİ SAXLA MƏNİ…Ulu tanrı, köməyim ol,Arzuma adaxla məni.Məni insan yaratmısan,İnsan kimi saxla məni.Göl olmuşam dama-dama,Məlhəm qoyma sən yarama.Bu sevdaya bu məramaDaha betər bağla məni.Fikirlərim qatar-qatar,Biri atar, biri tutar.Yaxınlara əlim çatar,Qovuşdur uzaqla məni.Dünənimi dana-danaGöz dikirəm gündoğana.Əgər gündə bir zindanaÇəkic vursam, ağla məni.Ey ümidim, ey gümanım,Sözüm haqsa, necə danım?Qurban olsun haqqa canım,Nahaq işdən saxla məni.Soruşdular: Kimdir mənimYaxşıma da pis deyənim?Həm dostum, həm də düşmənimGöstərdi barmaqla məni…
Oxunub: 178