Bu gün elə bil ki, tanımır məni. Dünən adam bilib əl verdiklərim.



Bu gün elə bil ki, tanımır məni
Dünən adam bilib əl verdiklərim.
İlişə - ilişə keçir yanımdan
Yalın ayağına nal verdiklərim.
Kiminə dost dedim qəhər gətirdi
Dedim çiynimdə gəz, yəhər gətirdi
Əliylə süfrəmə zəhər gətirdi
Əlimlə ağzına bal verdiklərim.
Kiminə dost oldum, kiminə ata
Dar gündə qoymadım o, itə-bata
İnanmazdım məni manata sata
Ağır günlərində pul verdiklərim.
Qanana çəkəsən zəhmət çəkəndə
Qanmazda itməsin bircə tikəndə
Görəsən yoluma tikan əkəndə
Xəcalət çəkdimi gül verdiklərim.
Vaqif Səlimov

Oxunub: 1 016
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az