Əsgər və zabitlərimizə !-Beydulla Gəraylı.






Əsgər və zabitlərimizə!
      *****""""******
Qaldır zəfər bayrağını,
Bayrağına qurban olum!
Güldür qəmli növrağını,
Növrağına qurban olum!
Açılsın xoş səhərimiz,
Möhkəmlənsin sərhəddimiz.
Sıralansın əsgərimiz,
Yarağına qurban olum!
Dostunu,yadını tanı,
Azad edin bu Vatanı.
Hər qarışı Şəhid qanı,
Torpağına qurban olum!
Özgül olun,azad olun,
Sevinc olun qəlbə dolun.
Qartal olun qana qonun,
Caynağına qurban olum!
Azərbaycan əsgərləri,
Baban yazıb tarixleri.
Qırın,tökün gədələri,
Yumruğuna qurban olum!
Canım SİZƏ olsun fəda,
Düşmən ömrün verin bada.
Od qalayın hər obada,
Ocağına qurban olum!
Gülsün üzü Gəraylının,
Qəlbi Vətən haraylının.
Azərbaycan torpağının,
Bu çağına qurban olum!!!

B.Garaylı.
28.05.2019.
Perm...Yelovo.

Oxunub: 157
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az