Bakıda keçiriləcək dünya çempionatının ilk gününün püşkü atılıb.





Bakıda keçiriləcək dünya çempionatının ilk gününün püşkü atılıb.
Mayın 29-da Bakıda taekvondo üzrə start götürəcək dünya çempionatının ilk gününün püşkü atılıb. Püşkə əsasən Azərbaycan millisinin 1 idmançısının da rəqibi bəlli olub. 
68 kq çəkidə dayan üzərinə çıxacaq Cavad Ağayev mübarizəyə 1/32 finaldan qoşulacaq. O, bu mərhələdə Eldar Kurmanaliyev (Qırğızıstan) - Solomon Tefera (Efiopiya) cütünün qalibi ilə döyüşəcək. 
Sabah həmçinin 57 kq çəki dərəcəsində qadın taekvondoçular da güclərini yoxlayacaqlar. 
Bakı Kristal Zalında keçiriləcək döyüşlərə saat 09:00-da start veriləcək. Yarışda yarımfinal görüşləri isə saat 18:30-da başlayacaq. 
Qeyd edək ki, dünya çempionatına 145 ölkədən 949 taekvondoçu qatılıb. Mundialın rəsmi açılış mərasimi saat 16:30-da start götürəcək. Yarış iyunun 4-dək davam edəcək.

ATF.

Oxunub: 143
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az