Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin Döyüşkən qəhrəmanlarımız adlı layihəsinin, Qazilərimizin asudə vaxtlarının səmərəli keçirməsi üçün, Qazilərimiz arasında komanda olaraq, boulinq yarışı həyata keçirildi. Boulinq yarışı, Park Bulvar AVM mərkəzinin boulinq zalında təşkil olundu. Yarışmada 44 günlük Vətən müharibəsi, qazilərimiz iştirak edirdi. Onlar həm əyləndilər həm rəqabət apardılar.
Sonda 1,2, 3-cü , yerlərin sahibləri diplom və hədiyələrlə mükafatlandırıldılar, qalan iştrakçılar da sertifikat və hədiyələrlə təltif olundular.
Layihə və təşkilat rəhbəri Paralimpiyaçı taekvondo üzrə dunya və Avropa çempionu əməkdar idman ustası Aynur Məmmədovadır.
Bu tədbirin həyata keçməsinə görə bizə şərait yaradan Park Bulvar AVM mərkəzinin rəhbərinə, Boulinq zalının rəhbərinə və kollektivinə xüsusi təşəkkürmizü bildiririk.
Hər zaman yanımızda olan Eduard Məmmədov,
Əməyi keçən hər kəsə foto Gunel Eli
Təşəkkür edirəm.
Oxunub: 137