Bu gün Xalq artisti, tanınmış tarzən, professor Zamiq Əliyevin doğum günüdür





Bu gün Xalq artisti, tanınmış tarzən, professor Zamiq Əliyevin doğum günüdür 
1950-ci ildə Bakıda anadan olan Zamiq Əliyev indiyədək dünyanın 50-dən çox ölkəsində Azərbaycan musiqisini böyük həvəslə təbliğ edib. O, 1965-ci ildə “Bakı festivalı” adlı mahnı müsabiqəsində ifa etdiyi “Bayatı-Şiraz” muğamına görə qızıl medala layiq görülərək ilk uğura imza atıb. Sənətkar korifey sənətkarları tarda müşayiət edərək onların sənət dünyasından bəhrələnib. 
Zamiq Əliyevin Xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, tanınmış şair Tağı Sadiqin və digərlərinin şeirlərinə bəstələdiyi “Qal sənə qurban”, “Yar bu gecə”, “İlham alıram”, “Olaydı”, “Qısqanıram”, “Ceyranım”, “Gözləməsin”, “Vurulmuşam”, “Dilin dediyini ürəyin demir” və başqa mahnıları tanınmış və gənc ifaçılar tərəfindən səsləndirilib.
Təbrik edir, uzun ömür və cansağlığı arzulayırıq!

Oxunub: 175
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az