Xaçmaz rayonunda məktəblilər arasında minifutbol üzrə rayon birinciliyi keçirilmişdir.


Xaçmaz rayonunda məktəblilər arasında minifutbol üzrə rayon birinciliyi keçirilmişdir.
         Quba-Xaçmaz Regional  Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılıgı ilə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbin idman meydançasında minifutbol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
         12 komandanın iştirakı ilə təşkil olunmuş rayon birinciliyinin keçirilməsində məqsəd rayonda futbol idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olmuşdur.
       Yarışın yekun nəticəsinə əsasən Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin komandası I yerə, Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin komandası II yerə layiq görülmüşlər. 
Xaçmaz rayon birinciliyində qalib gəlmiş komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla mükafatlandırılmışlar.  

Oxunub: 119
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az