Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.
C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibini üstələyərək 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbə qazanıblar.Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu avqustun 19-da meydan sahibi Almaniyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oxunub: 299