"Sərhədçi" İdman Mərkəzində cüdo üzrə ustad dərsi keçirilib.




"Sərhədçi" İdman Mərkəzində cüdo üzrə ustad dərsi keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə 12 avqustda Bakı şəhərində "Sərhədçi" İdman Mərkəzində təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi keçirilib.
Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutan ustad dərsində müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsi uşaqlara və gənclərə nümayiş etdirilib. Onlar iştirakçılara cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. İştirakçılar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.
Tədbir zamanı Rüstəm Orucov və Orxan Səfərov iştirakçılarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyə və məsləhətlərini veriblər.
Daha sonra Rüstəm Orucov və Orxan Səfərov iştirakçılar üçün öz imzalı fotolarını təqdim edib və onlarla xatirə şəkli çəkdiriblər.
Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.

Oxunub: 222
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az