Şəhidlərimizin xatirəsinə açıq rayon birinciliyi keçirilib.




Şəhidlərimizin xatirəsinə açıq rayon birinciliyi keçirilib.
Ağstafa şəhər S.Vurğun adına Mədəniyyət və İstirahət parkında şəhid Təbriz Quliyevin və Sübhan Kərimovun xatirəsinə qol güləşi üzrə açıq rayon birinciliyi keçirilib. Rayon birinciliyində Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon Təşkilatının, Qazax -Tovuz Regional Gənclər və İdman idarəsinin məsul şəxsləri və şəhid ailələri iştirak edib.
Tədbir iştirakçıları tərəfindən Şəhidlər Kompleksi ziyarət olunub. Kompleks önünə gül dəstələri qoyulub və xatirələri ehtiramla anılıb.
Daha sonra açıq rayon birinciliyi dövlət himninin səsləndirilməsi və dövlət müstəqilliyimizin qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Açıq rayon birinciliyində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, şəhid atası Murtuz Kərimov, İlqar Quliyev, şəhid anası Aybəniz Əhmədova, şəhid qızı Nəcmiyə Sədizadə, qazi Alik Muradov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsinin sədri Ceyhun Əliyev, Məftun Şükürov, şəhidin müəllimi çıxış edərək II Qarabağ Vətən Müharibəsində əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışıblar. Şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunun hər bir gənc üçün örnək olduğunu qeyd ediblər.
Yarışın sonunda qalib idmançılara diplom təqdim olunub.
Xatırladırıq ki, Sübhan Kərimov və Təbriz Quliyev II Vətən Müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalıblar.
Allah rəhmət etsin.
Unutmadıq, Unutmarıq.

Oxunub: 219
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az