Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları 19 iyul 2023-cü il tarixdə yerli gənclər və idman sektorlarının fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Ağsu rayonunda olublar.




Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları 19 iyul 2023-cü il tarixdə yerli gənclər və idman sektorlarının fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Ağsu rayonunda olublar.
Əməkdaşlarla birgə Ağsu idmançılarının və məşqçi-müəllimlərin fəaliyyət göstərdikləri idman obyektlərinə ümumi baxış keçirilib və yaradılan şəraitlə tanış olunub.
 Məşqçi-müəllimlər dinlənilib, mövcud idman bölmələrində aktivliyin artırılmasının, uşaq və gənclərin məşqlərə cəlb edilməsinin vacibliyi  vurğulanıb. 
Həmçinin yerli fəaliyyət göstərən Ağsu rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları ilə görüş keçirilib. Görüşdə gənclərin zərərli vərdişlərdən qorunması, onların idman qurğularından istifadəsi, asudə vaxtın səmərəli təşkili, düzgün peşə seçiminə dəstək, region gənclərinin beynəlxalq tədbirlərdə daha fəal təmsil olunması və digər məsələlər barədə müzakirələr aparılıb və fikir mübadiləsi çərçivəsində gələcək fəaliyyət planları üzrə qeydlər götürülüb.

Oxunub: 259
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az