Bakalavriat səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinə aid 61-ci komissiyanın idman növlərinin ixtisas imtahanları 26 iyuldan etibarən keçiriləcək.


Bakalavriat səviyyəsi üzrə Bədən tərbiyəsi və idman istiqamətinə aid 61-ci komissiyanın idman növlərinin ixtisas imtahanları 26 iyuldan etibarən keçiriləcək. Abituriyentlər iyulun 20-dən etibarən aşağıdakı linkə daxil olaraq imtahana buraxılış vərəqələrini  çap edə bilərlər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqəsi, 086U formalı tibbi arayış və idman növünə müvafiq idman geyimi gətirməlidirlər. İmtahanların Bakı şəhərindəki idman obyektlərində keçirilməsi nəzərdə tutulub. İmtahan tarixləri və binaları ilə aşağıdakı qrafikdən tanış ola bilərsiniz.
Qeyd: İmtahan normativləri ilə "Abituriyent" jurnalının Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi buraxılışında və DİM-in "Youtube" səhifəsində tanış ola bilərsiniz. 
İmtahanlarının qrafiki ilə daha ətraflı bit.ly/3NXc0QQ linkində tanış ola bilərsiniz.

Oxunub: 179
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az