Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal əldə edib.
Moldovanın paytaxtı Kişinyov şəhərində 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində Azərbaycan yığmasının üzvü Ravin Alməmmədov (73 kq) birdən qaldırmada 137 kq nəticə ilə qızıl medal qazanıb. İdmançımız təkanla qaldırma hərəkətində 162 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala layiq görülüb. Toplam 299 kq (137+162) nəticə göstərən Alməmmədov yekun sıralamada da qızıl medal əldə edib.
Oxunub: 155