"Qəbələ kuboku 5" turnirinə yekun vuruldu
Şəhid Mikayıl Mikayıllının xatirəsinə həsr olunmuş həvəskarlar arasında “Qəbələ kuboku 5” futbol turniri keçirilib. “Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə baş tutan yarışda 8 komanda mübarizə aparıb.
Qrup mərhələsinin oyunları bir dövrədən, pley-off duelləri iki matçdan ibarət olub. Turnirin final görüşündə Mamaylı və Mirzəbəyli kəndlərinin komandaları üz-üzə gəlib.
Həlledici qarşılaşmada 1:0 hesablı qələbə qazanan Mamaylı komandası turnirin qalibi olub. 3-cü yer uğrunda qarşılaşmada Yenikənd Nic üzərində 5:2 hesablı qələbə qazanıb.
Finaldan sonra baş tutan mükafatlandırma mərasimində “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov çıxış edib. O, şəhid Mikayıl Mikayıllının döyüş yolundan bəhs edib, qəhrəmanımızın gələcək nəsillərə örnək olduğunu bildirib. Təltifetme mərasiminə şəhidimizin anası İradə Mikayılova və yaxınları, Qəbələdən olan digər şəhidlərimizin valideynləri, “Qəbələ”nin ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev də qatılıb. Qalib komandaya kubok təqdim olunub. Mükafatçılar medal, diplom və hədiyyələrlə də təltif edilib.
Oxunub: 180