Parataekvondoçularımız Avropa çempionatına yollandı
Fransanın Montargis şəhərində keçiriləcək Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək yarışlara milli komandamız 8 nəfərlərə qatılacaq.
İyunun 30-da açıq Avropa çempionatında və 2 iyul tarixində keçiriləcək Həmrəylik turnirində ölkəmizi baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi altında Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), Amin Şıxəliyev, Sadiq Həmidov (hər ikisi 63 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) təmsil edəcəklər. Parataekvondoçularımızın hamısı K-44 kateqoriyasında mübarizə aparacaqlar. Avropa çempionatı qalibə 20, Həmrəylik turniri 10 reytinq xalı verəcək.
Bu gün səfərə yollanan komanda iyulun 3-də Bakıya qayıdacaq.
ATF.
Oxunub: 141
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az