
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI: 26 iyun – 2 iyul

Abşeron rayonu
– Taekvondo üzrə ustad dərsləri – 29 iyun, saat 9:00 (Xırdalan şəhəri, Heydər parkı).

Ağdaş rayonu
– “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş boks idman növü üzrə açıq Ağdaş rayon turniri – 26 iyun (Ağdaş Olimpiya İdman Kompleksi).

Astara rayonu
– Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə həsr olunmuş çimərlik futbolu üzrə açıq Astara rayon turniri – 28 iyun, saat 12:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksinin Çimərlik futbolu meydançası).

Bərdə rayonu
– “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş qol güləşi üzrə kişilər arasında Bərdə birinciliyi - 26 iyun, saat 16:00 (Bərdə şəhəri, Heydər Əliyev adına Park Bulvar).

Cəlilabad rayonu
– “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş boks üzrə UGİM-in açıq birinciliyi – 25–26 iyun, saat 10:00 (Cəlilabad şəhəri, boks zalı).

Füzuli rayonu
- “26 İyun – Silahlı Qüvvələr Günü”nə həsr olunmuş cüdo üzrə nümunəvi çıxışlar – 26 iyun, saat 17:00 (Horadiz Olimpiya İdman Kompleksi).

Gədəbəy rayonu
– Şahmat açıq rayon birinciliyi – 26 iyun, saat 10:00–17:00 (Gədəbəy rayon UGIŞM).

Gəncə şəhəri
– "Heydər Əliyev İli"nə həsr olunmuş regional (Qərb bölgəsi) şahmat turniri – 1 iyul, saat 10:00 (Gəncə şəhəri, 2 saylı UGİŞM).

Hacıqabul rayonu
– Boks üzrə master-klas – 28 iyun, saat 10:00 (Hacıqabul Boks İdman Zalı);
– "Heydər Əliyev İli"nə həsr olunmuş əyləncəli idman fəaliyyətləri – 30 iyun, saat 10:00 (Hacıqabul rayonu, Heydər Əliyev Mərkəzinin qarşısı).

Xızı rayonu
– 25-26 iyun velosipedin şosse növü üzrə ölkə çempionatı – 25-26 iyun (Xızı rayonu).

İsmayıllı rayonu
– "Narkomaniyaya yox deyək!" devizi altında minifutbol üzrə yoldaşlıq oyunu - 2 iyul, saat 20:00 (İsmayıllı şəhəri).

Qax rayonu
– Kikboksinq üzrə nümunəvi çıxışlar - 29 iyun, saat 18:00 (Heydər Əliyev Parkında).

Qobustan rayonu
– "İdman hamı üçün" devizi altında sərbəst güləş üzrə açıq dərs - 27 iyun, saat 13:00 (Güləş İdman Zalı).

Quba rayonu
– Şəhidlərimizin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi - 26 iyun, saat 10:00 (Güləş idman bölməsi);
– Boks üzrə nümunəvi çıxışlar - 27 iyun, saat 10:00 (Şahdağ-Quba İdman Klubu);
– Sambo üzrə nümunəvi çıxışlar - 28 iyun saat 10:00 ( Şahdağ-Quba idman klubu).

Lənkəran rayonu
– Boks üzrə kütləvi master-klas - 26 iyun, saat 11:00 (Rayonun müxtəlif idman zallarında).

Masallı rayonu
– Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş gənclər arasında minifutbol üzrə rayon turniri - 24 iyun, saat 16:00 (İsgəndərli minifutbol stadionu).

Oğuz rayonu
– Futbol üzrə həvəskarlar arasında çempionatının final mərhələsi - 28 iyun, saat 18:00 (Oğuz Olimpiya İdman Kompleksi).

Salyan rayonu
– “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş güllə atıcılığı üzrə rayon birinciliyi - 26 iyun, saat 11:00 (Salyan şəhəri, N.Gəncəvi adına 2 saylı tam orta məktəbin atıcılıq tiri).

Samux rayonu
– "Heydər Əliyev İli"nə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon birinciliyi - 30 iyun, saat 10:00 (Samux rayon, Sərkar kənd tam orta məktəbi).

Siyəzən rayonu
– “26 İyun - Silahlı Qüvvələr Günü”nə həsr olunmuş Siyəzən və Sumqayıt boksçuları arasında yoldaşlıq görüşü - 26 iyun, saat 10:00 (Siyəzən şəhər stadionu).

Şəki şəhəri
– Kikboksinq üzrə yoldaşlıq görüşü - 27 iyun, saat 11:00 (Cəngavər idman klubu).

Yevlax şəhəri
– "Heydər Əliyev İli"nə həsr olunmuş kənd bələdiyyələri arasında futbol üzrə rayon turnirinin final mərhələsi - 29 iyun, saat 17:30 (Yevlax şəhər Mərkəzi stadionu);
–"Heydər Əliyev İli"nə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında voleybol üzrə rayon turnirinin final mərhələsi - 30 iyun, saat 11:00 (UGİŞM).

Zərdab rayonu
– Cüdo idman növü üzrə nümunəvi çıxışlar - 30 iyun, saat 10:00 (Bölmənin idman zalı).
Oxunub: 132
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az