Avropa çempionatının ilk günündə 8 cüdoçumuz tatamiyə çıxacaq.





Avropa çempionatının ilk günündə 8 cüdoçumuz tatamiyə çıxacaq.🥋
22 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov və Əhməd Rüstəmov, -55 kq. çəkidə Mirxaliq İskəndərov və Fərid Qarayev, -60 kq. çəkidə Məhəmməd Musayev güclərini sınayacaq.
Qızlar arasında isə -40 kq. çəkidə Nigar Məmişova, -44 kq. çəkidə Aytac Yolçuzadə və -48 kq. çəkidə Vüsalə Hacıyeva tatamiyə çıxacaq.
İlkin görüşlər saat 12:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
İdmançılarımıza uğurlar arzulayırıq!

Oxunub: 132
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az