"Qəbələ" Türkiyədə üç oyun keçirəcək .“Qəbələ”nin 2023/24 mövsümünə hazırlıq planı müəyyənləşib.




 "Qəbələ" Türkiyədə üç oyun keçirəcək .“Qəbələ”nin 2023/24 mövsümünə hazırlıq planı müəyyənləşib. 
“Qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələcək. İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komandamız Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. 
“Qəbələ”nin Türkiyə toplanışının müddəti UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.

Oxunub: 132
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az